AFFA prezidenti Kamran Ağayevlə bağlı “Xəzər Lənkəran”a müraciət etdi
05.10.2012 - 10:36
AFFA prezidenti Rövnəq Abdullayev milli komandanın üzvü Kamran Ağayevlə bağlı "Xəzər Lənkəran" klubunun təsisçisi və fəxri prezidenti Mübariz Mənsimova müraciət edib. Apasport.az saytının məlumatına görə, Abdullayev xahiş edib ki, cənub təmsilçisinin qapıçısının komandanın oyunlarında da meydana çıxmasına köməklik göstərilsin. Lənkəranlılar transferə çıxarılan Kamran göndərildiyi əvəzedici heyətdə də məşq etməyərək, oyun praktikasını itirib. Bu da millinin oyunlarına mənfi təsirini göstərir.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0