Joel Obi: İkinci hissədə rahat oynadıq - MÜSAHİBƏ
05.10.2012 - 11:06
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Joel Obi Avropa Liqasının II turunun “Neftçi” ilə oyunundan (3:1) sonra apasport.az saytının suallarını cavablandırıb.
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Çünki ilk oyunda Milanda “Rubin”lə heç-heçə etmişdik. Bu dəfə isə aktivimizə 3 xalı yazdırmağa çalışdıq. Düşünürəm ki, maraqlı oyun alındı və azarkeşlər darıxmadılar.
- Stadiondakı atmosfer, ümumiyyətlə “Neftçi” sizdə hansı təəssüratlar yaratdı?
- Ölkənizə gəlməkdən məmnunluq duyduq. Stadionda boş yerin olmaması azarkeşlərin oyuna necə də böyük maraq göstərdiklərinin təzahürüdür. Onlar komandanızı yaxşı dəstəklədilər. Gördüklərim haqda ancaq xoş sözlər söyləyə bilərəm.
- İkinci hissədə müdafiəyə çəkilməyiniz nə ilə bağlı idi?
- Həqiqətən də fasilədən sonra çətin anlar yaşadıq. Hətta erkən qol da buraxdıq. Etiraf edim ki, “Neftçi” ikinci hissədə daha yaxşı oynadı.
- Ola bilərmi ki, “İnter” həftəsonu İtaliya A seriyasında “Milan”la qarşılaşacağını nəzərə alıb, gücünə qənaət etsin?
- Xeyr, belə bir düşüncəmiz yox idi. Çünki hər oyunun öz hökmü, ağırlığı var. Sadəcə, birinci hissədə lazım olan qolları vurduq. Buna görə də ikinci hissədə bir qədər rahat oynadıq.
- Hazırda həm “İnter”, həm də “Milan” yaxşı günlərini yaşamır. Bunu nəzərə alsaq, Milan derbisində favoriti hansı komandadır?
- Milan derbisinə ciddi hazırlaşırıq. Təbii ki, favorit “İnter”dir. Bu komandalar arasında keçirilən oyunlar hər zaman gərginliyi və maraqlı olması ilə yadda qalıb.
- Komandanızın ikinci qolunu vurdunuz. Bunun sizin üçün xüsusi əhəmiyyəti varmı?
- Qol vurmaq xoş hissdir. Ancaq futbolu komanda şəklində oynayırlar. Fərqi yoxdur kim fərqlənib, vacib olan “İnter”in qələbə qazanmasıdır.

0
0