Topaz Premyer Liqasında 100-cü qol
05.10.2012 - 11:09
Topaz Premyer Liqasında 100-cü qol
Topaz Premyer Liqasında mövsümün 100-cü qolu vurulub. Apasport.az saytının məlumatına görə, bu, VIII turun “Rəvan” – “İnter” oyununda baş verib. “Bayıl-Arena”da keçirilən matçda hesabı açan Nizami Hacıyev çempionatın yubiley qolunun müəllifi olub. Ümumilikdə isə baş tutan 43 oyunda 101 qol vurulub və orta məhsuldarlıq 2,35-ə bərabərdir.

2012/13 mövsümünün ilk qolunu avqustun 4-də I turda baş tutan “Kəpəz” – “Turan” oyununda İrakli Beraya vurmuşdu. Həmin vaxt Gəncə təmsilçisində oynayan gürcü hücumçu 10-cu dəqiqədə fərqlənmişdi.