“Təyyarəçilər” 150-də dayandı
05.10.2012 - 11:20
“Təyyarəçilər” 150-də dayandı
AZAL-ın Premyer liqada məğlubiyyətsız oyunlar seriyası sona çatıb.
Apasport.az saytının məlumatına görə, bakılılar Topaz Premyer Liqasının VIII turunda uduzmaqla uğurlu seriyanın qırılması ilə barışıblar. Cari mövsümün ilk 7 oyununda yenilməyən paytaxt təmsilçisi “Xəzər Lənkəran”la ev oyununda 0:2 hesabı ilə uduzdu.

“Təyyarəçilər” AZAL sonuncu dəfə ötən mövsümün XXXI turunda “Sumqayıt”la səfər matçında uduzmuşdu – 0:1. Mayın 6-dakı məğlubiyyətdən sonra 8 matç yenilməyən AZAL 150 gündən sonra xalsız qaldı.