“Neftçi” ilə oyunda böyük təcrübə qazandım”
05.10.2012 - 11:11
“Debütümü valideynlərimə həsir edirəm. Onlarla demək olar görüşə bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin II turunda “Neftçi” ilə oyundan sonra “İnter”in gənc hücumçusu Luka Qarritano deyib.
O, Bakı klubuna qarşı meydana çıxmaqla böyük təcrübə qazandığını bildirib: “Bu qarşılaşmada iştirak etdiyimə görə xoşbəxtəm. Bu yaşımda belə fantastik futbolçularla çiyin-çiyinə oynamaqla böyük təcrübə toplamış oldum. Sözlə ifadə oluna bilməyəcək hisslər keçirirəm. Əminəm ki, baş məşqçi mənə güvənəcək, əsas heyətdə yer ala biləcəm. Əgər Stramaççoni məni yenidən meydana buraxsa, sübut edəcəm ki, buna layiqəm”.

0
0