Yunis Hüseynov: Klub rəhbərliyi Kamranı bağışlayıbsa...
05.10.2012 - 11:33
Yunis Hüseynov: Klub rəhbərliyi Kamranı bağışlayıbsa...
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov Kamran Ağayevin komandaya qaytarılmasına razıdır. Təcrübəli mütəxəssis apasport.az saytına açıqlamasında bildirib ki, hələlik bu barədə konkret qərar verməsə də, hər şeyə qapıçı ilə görüşdən sonra aydınlıq gələcək: “Əgər klub rəhbərliyi Kamranı bağışlayıbsa, yəqin ki, mən də bağışlayacam”.