Obi Bakıda tarix yazdı
05.10.2012 - 11:34
Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Neftçi” – “İnter” oyunu qonaqlar üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qonaqların Bakıda vurduğu 2-ci qol klub tarixinə düşüb. Belə ki, Obinin qolu “İnter”in avrokuboklar tarixində 500-cü top oldu.
Qeyd edək ki, Avropa futbolunda qitə kuboklarının tarixi ilə bağlı müxtəlif mənbələrin statistikaları ciddi fərqləndiyindən “İnter”in qol sayı da heç də bütün yerlərdə eyni deyil. Lakin “İnter”in qeyri-rəsmi saytlarından biri məhz Obini 500-cü qolun müəllifi kimi hesaba alıb.

0
0