Mais Mənsimov müraciətə cavab verdi
05.10.2012 - 11:59
Mais Mənsimov müraciətə cavab verdi
AFFA prezidenti Rövnəq Abdullayevin Azərbaycan milli komandasının və "Xəzər Lənkəran"ın futbolçusu Kamran Ağayevlə bağlı klubun fəxri prezidenti Mübariz Mənsimova müraciətinə münasibət bildirilib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin prezidenti Mais Mənsimov məsələ ilə bağlı mövqeyini açıqlayıb.

O, AFFA-nın rəsmi saytına açıqlamasında Ağayev məsələsinə toxunub: "AFFA prezidentinin müraciətinə cavabımız müsbət olacaq. Baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən, məsələ öz həllini tapacaq".