“İnter”in futbolçusu ABŞ-a yollandı
05.10.2012 - 13:11
“Neftçi” ilə Avroliqanın qrup mərhələsində Bakıdakı oyunu buraxmalı olan “İnter”in futbolçusu Uesli Sneyder ABŞ-a yollanıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı yarımmüdafiəçi Okenanın o tayında omba nahiyəsində zədəsini müalicə etdirəcək.
Onun orada 1 həftəyə yaxın olacağı, bərpasının isə 1 ay çəkəcəyi ehtimal olunur: “Amerikaya müalicəyə yollanıram. Həkimlərin proqnozuna görə, tam bərpa olunmağıma 4 həftə vaxt lazım olacaq. Ancaq ümid edirəm ki, reabilitasiyam az vaxt aparacaq”.

0
0