Paulu Bentu Bakıdakı oyunu önəmli sayır
05.10.2012 - 14:42
“Moskvaya 3 xal üçün gəlirik. Qrupda liderliyi möhkəmlədib, dünya çempionatına 1-ci yerlə yollanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib.
Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan portuqaliyalıların növbəti sınağı oktyabrın 12-də Moskvada Rusiyaya qarşı olacaq.
Bentu üçün qrup liderliyi uğrunda əsas rəqib olan ruslarla matç nə qədər önəmli olsa, o, yığmamızla Bakıdakı matç daxil olmaqla hamısını vacib sayır: “Rusiya ilə oyunumuz vacibdir və bir az psixoloji planda təzyiq edir. Ancaq bu, həlledici deyil. Qarşıda hələ çox oyunumuz, o cümlədən Rusiya ilə ev matçımız var. Bizi Moskvaya uzun səyahət gözləyir. Əgər qələbə qazanmaq fikrin yoxdursa, belə yolu qət eləməyin mənasızdır. Əgər oyundan sonra qərara gəlsək ki, heç-heçə ədalətli nəticədir və bəxtimiz gətirdi, onda razı olarıq. Mən heç-heçə dalınca getdiyimizi desəm, futbolçular mənə inamı itirər”.
Çalışdırıcı millimizin də oynayacağı “Lujniki” stadionunun qazonun sintetik olmasına toxunaraq, bunu əngəl saymadığını deyib: “Biz buna asan uyğunlaşarıq. Bosniyada sintetikdə oynadığımızı görənlər məni başa düşərlər. Həmin qazon gülüş doğurur. Yəqin ki, Rusiyanın bir az üstünlüyü olacaq. Çünki oyunçuları artıq bu qazona uyğunlaşıblar. Sintetika sərtdir, top yuxarı tullanır və tez diyirlənir. Əvəzində demək olar trayektoriyasını dəyişmir. Ancaq fikirləşmirəm ki, çətinliyimiz olacaq”.
Qeyd edək ki, Rusiya millimizi “Lujniki”də oktyabrın 16-da qəbul edəcək.

0
0