1:3 və ya 13 ildən sonra 13-cü
05.10.2012 - 15:04
1:3 və ya 13 ildən sonra 13-cü
İtaliyanın “İnter” klubu Avropa Liqasının qrup mərhələsinin II turunun “Neftçi” ilə Bakıdakı oyununda heç də hər komandanın bacarmadığına nail oldu. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi Azərbaycan meydanlarında 3 və daha çox qol vuran komandalar sırasına düşdü.

İlk yarıda 3 qol vurmaqla 3:1 hesablı qələbənin təməlini qoyan “neradzurra” avrokuboklar tarixinə Azərbaycanda 3 və daha çox qol vuran 13-cü komanda kimi düşdü. Bunadək 12 dəfə stadionlarımızda qolçuluq nümayiş etdirən əcnəbilər yalnız 1 dəfə “Neftçi”yə qənim kəsilmişdi.

Bu da bakılıların “İnter”ə qədər son ev məğlubiyyəti zaman yaşanmışdı. 1999-cü ildə “Srvena Zvezda” 2 qol buraxdıqdan sonra coşaraq 3 dəfə fərqlənmişdi. Indi olduğu kimi 13 il əvvəl də “Tofiq Bəhramov”da qonaqlar 1 hissəyə 3 qol vurmuşdu. Bir fərqlə ki, indi 1-ci, onda 2-ci hissdə “Neftçi” qonaqlar qarşısında aciz qalmışdı.

1995/96
UEFA kuboku

8 avqust. “Kəpəz” – “Austriya” (Vyana, Avstriya) 0:4


1997/98
UEFA kuboku

30 iyul. “Qarabağ” - “Yablonets” (Çexiya) 0:3


1998/99
Çempionlar Liqası

29 iyul. “Kəpəz” – LKS (Polşa) 1:3


Kuboklar kuboku
27 avqust. “Qarabağ” - “Kopenhagen” (Danimarka) 0:4


1999/2000
İntertoto kuboku

4 iyul. “Qarabağ” – “Monpelye” (Fransa) 0:3


UEFA kuboku
12 avqust. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) 2:3


2000/01
İntertoto kuboku

25 iyun. “Viləş” - “Zaqlebye” (Polşa) 1:3


Çempionlar Liqası
2 avqust. “Şəmkir” - “Slaviya” (Çexiya) 1:4


2001/02
UEFA kuboku

23 avqust. “Şəfa” - “Olimpiya” (Sloveniya) 0:3


2004/05
UEFA kuboku

29 iyul. “Şəmkir” - “Tbilisi” (Gürcüstan) 1:4


2009/10
Avropa Liqası

9 iyul. “İnter” - “Spartak” (Trnava, Slovakiya) 1:3
20 avqust. “Bakı” – “Bazel” (İsveçrə) 1:3


2012/13
Avropa Liqası

4 oktyabr. “Neftçi” – “İnter” (İtaliya) – 1:3