“Həmin gün Azərbaycan təmsilçisi məndən güclü idi”
05.10.2012 - 15:23
Qadın güləşçilərdən ibarət Polşa milli komandasının üzvü İvona Matkovska böyük hissəsi arxada qalan 2012-ci ilin yekunlarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı atlet ilin əvvəlində qatıldığı Avropa çempionatının qızıl mükafatını qazanmasından, bu uğuru London olimpiadasında təkrarlaya bilməməyindən də danışıb.
Yay olimpiya oyunlarının 1/4 final mərhələsində Azərbaycan təmsilçisi Mariya Stadnikı uduzan İvona yarışı 7-ci pillədə bitirməsinin səbəbini açıqlayıb: “Həmin gün Azərbaycan təmsilçisi Mariya Stadnik məndən güclü idi. Amma başqa avxt mən ona qalib gələ bilərdim. Bu idmandır, güləşdir, hər şey ola bilər. Həmin məğlubiyyətimə görə heç kimi qınamıram”.
Qeyd edək ki, 48 kq çəki dərəcəsində London Olimpiadasının gümüş mükafatçısı olan Stadnik Matkovska ilə qarşılaşmanın ilk hissəsində 2:0, 2-ci hissəsində 4:1 hesabi ilə qələbə qazanaraq, 1/2 finala çıxmışdı.

0
0