“Neftçi”nin növbəti matçının vaxtı bilindi
05.10.2012 - 17:30
Topaz Premyer Liqasının VIII turunun "Neftçi" - "Turan" qarşılaşmasının keçiriləcəyi yer və zaman məlum oldu. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Tovuz klubunu oktyabrın 8-ə 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcək.
Bu komandaların əvəzedici heyətləri arasında oyun isə bir gün əvvəl 17:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Bu komandaların əvəzedici heyətləri arasında oyun isə bir gün əvvəl 17:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
0
0