Millimizin yeni siması danışdı
06.10.2012 - 09:40
Azərbaycan milli komandasına namizəd olan futbolçu Dmitri Nazarov Qazaxıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, əslən bu ölkədən olan, Almaniyanın III liqasında “Prussen Münster” klubunda oynayan 22 yaşlı hücumçu millimizin baş məşqçisi Berti Foqtsdan aldığı dəvətdən, Qazaxıstana tarixi köklərindən və öz vətənində oynamaq perspektivindən danışıb.
- Mən həqiqətən Qazaxıstanda, Krasnoarmeyskdə anadan olmuşam. Ora indiyə kimi atamın qohumları yaşayır. Ancaq mənin cəmi 1 yaşım olanda valideynlərimlə birgə Almaniyaya yollanmışam. Əlbəttə, harada anadan olduğunu bilirəm, Qazaxıstan yığmasının uğurlarını izləməyə çalışıram. Onu da bilirəm ki, onun heyətində mənin kimi orada anadan olan, ancaq bütün həyatlarını Almaniyada keçirən Henrix Şmitdqalla Konstantin Engel oynayır. Ancaq mənə Qazaxıstandan bu məsələ ilə bağlı heç kim müraciət etməyib. Buna görə də öz vətənimin yığmasında oynamaq perspektivi haqda danışmaq mənə çətindir.
- Ancaq Azərbaycansan artıq bu təklifi almısınız...
- Bəli, Berti Foqts köməkçisi Olaf Yansenlə birgə təxminən 1 ay öncə Almaniya kubokunda oyunumuzda oldu. Həmin matçda biz “Verder” üzərində sensasion qələbə qazandıq. Bu oyundan sonra o, bizim məşqçi Pavel Donşevdən soruşub ki, mən Azərbaycan yığmasında oynamaq istərdim? Ardından artıq mən özüm Foqtsla telefonla danışdım. O, məni hələ yığmanın sentyabrdakı oyunlarına çağırmaq istəyirdi. Ancaq onda klubumun vacib oyunları vardı. Buna görə də söhbət oktyabrda Rusiya ilə matçdan gedirdi. Tezliklə Azərbaycan yığmasından yenidən təklif alacağımı istisna etmirəm. Hələ ki mənim yalnız Almaniya pasportum var. Ancaq SSRİ-də anadan olduğu nəzərə alsaq, yəqin ki Azərbaycan və Qazaxıstan vətəndaşlığını ala bilərəm.
- Əgər hər 2 ölkədən təklif alsanız, hansını seçərsiniz?
- Dediyim kimi, hələ ki Qazaxıstandan nə mənə, nə də agentimə heç kim müraciət etməyib. Buna görə də fikirləşmək tezdir. Əlbəttə, bütün futbolçular yığmada oynamağı arzulayır. Ancaq indi bütüm diqqətim klubumda işlərə yönəlib. “Osnarbryuk”la derbi matçı oynayaq, çempionatda fasilə yaranacaq, omda da düşünməyə vaxt olacaq.
- Yeni klubunuzda sizdən çox razı olduqlarını bilirəm. Bəs siz Frankfurt “Ayntraxt”ını “Prussen”ə dəyişdiyinizə görə sevinirsiniz?
- Mənə Frankfurtda qalmağı təklif etdilər. Ancaq orada söhbət belə idi ki, birinci komanda ilə məşq edirəm, ancaq əsasən ikincidə oynayıram. Mən cavab verdim ki, daim oynamaq istəyirəm. Buna görə də “Prussen”ə keçdim. Burada daim meydana çıxıram. Komandam kubokda uğurla oynadı, Almaniya çempionatında öz divizionunda liderlik edir. Buna görə də hər şeydən razıyam. Bu kollektivdə inkişaf edə bilərəm. Bu, mənim üçün çox vacibdir.

0
0