“Yuventus”un baş məşqçisinin cəzası yüngülləşdirildi
06.10.2012 - 10:03
Ötən mövsüm “Yuventus”u İtaliya çempionu edən baş məşqçi Andre Konte xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin Milli İdman Arbitraj Məhkəməsi Turin klubunun çalışdırıcısının 10 aylıq cəzasını 4 aya endirib.
Konte 2010/11 mövsümündə B seriyasında “Syena”da işləyəndə matçın danışılmış olmasını xəbər etməməkdə günahlandırılıb. İtaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi buna görə onu avqustda 10 aylıq cəzalandırmışdı. Məhkəmə çalışdırıcının apelyasiyasını müsbət cavablayaraq, çalışdırıcının cəzasını yüngülləşdirib. Bununla da Konte dekabrın 9-da ölkə çempionatında “Palermo” ilə matçda ehtiyat oyunçular skamyasında ola biləcək.

0
0