8 KM stadionunda ad günü hədiyyəsi
06.10.2012 - 10:45
8 KM stadionunda ad günü hədiyyəsi
Almaniyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Anuşka Bernhard ad gününü Azərbaycanda qeyd edib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı ölkəmizdə keçirilən dünya çempionatında yetirmələrindən gözəl hədiyyə alıb. Belə ki, Almaniya Braziliya ilə 8 KM stadionunda ¼ final oyununda qazandığı 2:1 hesablı əzmkar qələbə ilə yarımfinala çıxıb.

1995-ci ildə İsveçdə keçirilən dünya çempionatında vurduğu qola yadda qalan Anuşka Bakıda 42 yaşının tamam olmağını qeyd edib. Onun futbolçuları – kapitanı Sara Daebritzlə Rebekka Knaak vurduqları qolları onu təbrik edib Özü də sonuncu qələbə topunu 90+1-ci dəqiqədə vurub. Bernhard belə gündə ən yaxşı hədiyyə kimi qalib olmalarını sayıb.