Azərbaycanda dünya rekordu
06.10.2012 - 11:04
Azərbaycanda dünya rekordu
Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatında turnirin rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Yaponiya yığmasının “quru seriya”sı 364 dəqiqədə dayanıb. Bu, Qana millisi ilə ¼ final oyununda 54-cü dəqiqədə buraxdıqları qolla reallaşıb.

Nəticədə 2008-ci ildən keçirilən turnirdə yeni rekord müəyyənləşib. Belə ki, bunadək KXDR 350 dəqiqə qapısından qol buraxmamışdı. Ancaq yapon qızlar üçün bu rekord zəif təsəlli ola bilər. Çünki onlar məhz bu qol nəticəsində gözlənilmədən uduzaraq, turnirlə vidalaşmalı olub.