Arsen Venger futbolçulara əllə görüşməyi qadağa etdi
06.10.2012 - 11:30
“Arsenal”ın baş məşqçisi Arsen Venger futbolçularla bağlı gözlənilməz qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, London klubunun fransalı çalışdırıcı yetirmələrinə əllə görüşməyi qadağa edib. Bu da komandanın bir neçə üzvünün yoluxduğu virusla bağlıdır.
Məsələ ondadır ki, futbolçulardan Per Mertezaker, Tomas Vermalen, Fransis Kokelen, Teo Uolkott, həmçinin klubun bir neçə rəsmisi virusa yoluxub və bunun səbəbi hələ də aydın deyil. Venger və klub rəhbərliyi hesab edir ki, virus əllə görüşməklə ötürülür. Ona yoluxan özünü halsız hiss edir və komandaya bir neçə gün faydasız olur. Buna görə də çalışdırıcı futbolçulara ümumiyyətlə, bazada olanlarla əllə görüşməyə icazə vermir: “Biz paltardəyişmə otağımıza gigiyenanı artırmışıq. Oranı 3 gün spirtlə siləcəklər. Biz hər şeyi silirik. Qəribədir, ancaq əl sıxmaq virusun yayılmasının başlıca səbəbidir”.

0
0