Moratti: Bakıdakı kimi, Milan derbisində də qələbəyə ümidliyəm
06.10.2012 - 13:01
İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti Avroliqanın qrup mərhələsində Bakıda “Neftçi” üzərində qələbənin təəssüratlarını növbəti dəfə jurnalistlərlə bölüşüb. Apasport.az saytının məlumatına görə, Moratti vətənində qayıtddıqdan sonra Milanın mərkəzində öz ofisinin qabağında onu gözləyən italiyalı həmkarlarımıza açıqlama verib. Belə ki, sabah axşam saatlarında bu şəhərdə “Milan” – “İnter” derbisi olacağından, ölkənin diqqəti bu prinsipial matça yönəlib.
İtaliyalı jurnalistlər Morattidən “İnter”in gənc heyətinin “Neftçi” üzərində qələbəsindən sonra özünü necə hiss etdiyini və “Milan”la derbidə nəyə ümid etdiyini soruşub: “Qələbə ilə qayıtdıq və özümüzü yaxşı hiss edirik. Bəli, bizi bazar günü “Milan”la vacib oyun gözləyir. Mən Bakıda olduğu kimi, yenə qələbəyə ümidindəyəm. Ümid edirəm ki, komandam “Neftçi” ilə oyunda olduğu kimi, bazar günü axşam Milan derbisində də 3 xal əldə edəcək. “İnter”in hansı heyətinin oynacağına gəlincə, derbidə bunu heç kim bilmir”.

0
0