Toni Adams: Robin van Persinin satışı səhv addım idi
06.10.2012 - 13:28
Toni Adams: Robin van Persinin satışı səhv addım idi
“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adam uzun illər kapitanı olduğu “Arsenal”ın cari mövsümdə şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis London klubunun əsas hücumçusu, kapitanı Robin van Persini “Mançester Yunayted”ə satılmağına da münasibət bildirib. Onun fikrincə, keçmiş komandası atdığı bu addım səhvdir: “Fikrimcə, van Persinin satışı yanlış idi. O, komandada hələ 5 il də oynaya bilərdi. Ümid edirəm ki, “Arsenal” cari mövsümdə hər şeyi qazanacaq. Ancaq hər şeyi real baxsaq, mənə elə gəlir ki, onlar yenə bütün turnirlərdə uduzacaq”.

Qeyd edək ki, Adams 2010-2011-ci illərdə “Qəbələ”ni çalışdırıb.