“İnter” istirahətini başa vurur
06.10.2012 - 15:07
“İnter” Topaz Premyer Liqasında yaranan fasilədə hazırlığını bərpa edir. Apasport.az saytının məlumatına görə, komandaya VIII turda “Rəvan”la matçdan dərhal sonra baş məşqçi Kaxaber Sxadadze tərəfindən istirahət verilmişdi. Bunu başa vurmaqda olan “bankirlər” sabah səhər “Şəfa” stadionunda bir araya gələrək bərpa məşqinə çıxacaq.
Məşq prosesində millimizin Rusiya yığması ilə rəsmi oyununa çağırılan futbolçular - Vladimir Levin, Nizami Hacıyev və Ruslan Əmircanov iştirak etməyəcəklər. Millimizin həmin matçı ilə əlaqədar Premyer Liqamızda yaranan fasilə oktyabrın 20-dək davam edəcək. Məhz həmin gün “İnter” IX turda “Şəfa” stadionunda lideri - Zaqatalanın “Simurq” klubunu qəbul edəcək.

0
0