“Azərbaycandakı turnirdə bir futbolçu kimi yetərincə inkişaf etdim”
06.10.2012 - 15:28
“Mən onların hər birinə başlarını uca tutmağı söylədim. Çünki turnirdə biz hər şeyimizi ortaya qoyduq və rəqibə Kanada futbolunun nə olduğunu göstərdik". Apasport.az saytının məlumatına görə, bu fikirləri Kanadanın 17 yaşadək qızlardan ibarət yığma komandasının kapitanı Eşli Lourens deyib. Azərbaycanda keçirilən dünya çempionatında millimizlə bir qrupda yer alan, onu 1:0 hesabı ilə yenən kanadalılar ¼ finalda KXDR-ə 1:2 hesabı ilə uduzub.
Eşli çempionatı tərk etdiklərinə görə açıq-aydın məyus görünməsinə baxmayaraq, qürurlu, nikbin və komandası ilə birlikdə parlaq gələcəyə ümidlidir: “Zənnimcə, mən bu turniri həmişə müsbət xatırlayacağam. Çünki mən bu turnirdə bir futbolçu kimi yetərincə inkişaf etdim. Eləcə də komanda kimi inkişaf etdik və xeyli təcrübə qazandıq. Müxtəlif rəqiblərə qarşı oynamaq müxtəlif oyun üslublarına uyğunlaşmanıza imkan yaradır. Əlbəttə ki, bu turnir gələcəkdə bizim inkişafımıza kömək edəcəkdir. Bunların hamısı təcrübə yığmaq prosesinin bir hissəsidir və biz inkişafı hələ burdan başlayırıq".
Yarımmüdafiəçi komandasının qarşısında açılacaq imkanları səbirsizliklə gözləyir. Belə ki, bu il Kanadada keçiriləcək FİFA qadınlararası dünya çempionatı, həmçinin FİFA U-20 qadınlararası dünya çempionatı onun və digər gənc komanda yoldaşları üçün əla imkandır: "U-17 Azərbaycan 2012-yə çıxmağı bacardıq və indi biz qarşıdakı Kanada 2014-ü gözləyirik. Vətənə qayıtdıqdan sonra məşqlərimizə bacardığımız qədər sürətlə davam edəcəyik".

0
0