Yığmamızın futbolçusu “Qalatasaray”la oyunu buraxacaq
06.10.2012 - 16:10
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak “Qalatasaray”a qarşı oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, “Əskişəhərspor”un sol cinah oyunçusu zədəsinin müalicəsini davam etdirir. Diz nahiyəsində problemi olan Ufuk bu gün “Türk Telekom Arena”da keçiriləcək matça hazır ola bilməyib.
Qeyd edək ki, Superliqada yeganə təmsilçimiz olan Budak zədəyə görə millimizin son oyunlarına çağırılan heyətdən kənarlaşdırıldı, Rusiya yığması ilə qarşıdakı matça dəvət olunmadı.
Qeyd edək ki, Superliqada yeganə təmsilçimiz olan Budak zədəyə görə millimizin son oyunlarına çağırılan heyətdən kənarlaşdırıldı, Rusiya yığması ilə qarşıdakı matça dəvət olunmadı.
0
0