Millimiz İspaniyada 3-cü oldu
07.10.2012 - 08:45
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son turda Mərakeş komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:1 hesabı ilə afrikalıların xeyrinə başa çatıb. Yığmamızın heyətində Cem Fələk fərqlənib. Beləliklə, 5 oyundan 8 xal toplayan yığmamız turniri 3-cü pillədə başa vurub.
Mənbə: affa.az
Qarşılaşma 2:1 hesabı ilə afrikalıların xeyrinə başa çatıb. Yığmamızın heyətində Cem Fələk fərqlənib. Beləliklə, 5 oyundan 8 xal toplayan yığmamız turniri 3-cü pillədə başa vurub.
Mənbə: affa.az
0
0