Liderlə oyunun hazırlığına start
07.10.2012 - 09:10
Liderlə oyunun hazırlığına start
Topaz Premyer Liqasının VIII turu çərçivəsində baş tutmuş “Rəvan”la matçdan dərhal sonra “İnter”in futbolçularına verilən istirahət başa çatıb. Apasport.az saytının məlumatına görə, bakılılar IX turun “Simurq”la qarşılaşmasının hazırlıqlarına bu gün start verir.

Kaxaber Sxadadzenin yetirmələri bu gün səhər “Şəfa” stadionunda bir araya gələrək bərpa məşqinə çıxacaq. Liderlə oyunun hazırlıqları Azərbaycan millisinə çağırılmış futbolçular-Vladimir Levin, Nizami Hacıyev və Ruslan Əmircanov olmadan başlayacaq.
Qeyd edək ki, “İnter”in “Simurq”la oyunu oktyabrın 20-də “Şəfa” stadionunda baş tutacaq.