Yığmamızın futbolçusuna “4” verdilər
07.10.2012 - 09:36
Yığmamızın futbolçusuna “4” verdilər
Türkiyə çempionatının I liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu “Ərciyəsspor” səfərdə “Tavşanlı Linyitspor”la qarşılaşıb.

Kayseri təmsilçisi 2:1 hesabı ilə qalib gələrək zirvəyə yüksəlib. Belə ki, 13 xala malik komanda 1-ci pillədə qərarlaşıb.

Cihan bu matçın 65-ci dəqiqəsində meydana daxil olub. Onun oyunu Türkiyə mətbuatı tərəfindən “4”lə qiymətləndirilib.