Fasilə ərəfəsində son oyun
07.10.2012 - 10:57
Sabah Topaz Premyer Liqasında 1 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 3-4-də baş tutan VIII tura məhz indi yekun vurulacaq.
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki iştirakına görə təxirə salınan qarşılaşma ilə Premyer Liqada fasilə start götürəcək. Belə ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda mübarizə oktyabrın 19-da bərpa olunacaq. Cəmi 4 oyun keçirən və bu üzdən özü üçün qeyri-adi 11-ci pillədə qərarlaşan “Neftçi” turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.
Son 3 matçında qələbəyə həsrət qalan, ardıcıl 2 matçdır 3 qol buraxaraq məğlub olan “ağ-qaralar” 3 xal qazanmaqla 5 pillə irəliləyə bilər. Qonaqlar isə sensasiya edəcəyi halda ilk “altılıq”da qərarlaşacaq. Elə jeç-heçə də daha çox qonaqlara sərf edir.
Bu qarşılaşma həm də Böyükağa Hacıyevlə Əsgər Abdullayevin növbəti duelidir. 2005/06 mövsümündə məhz bu 2 çalışdırıcının dəyişikliyi ilə “Bakı” tarixində ilk çempionluğu qazanmışdı. Sona 8 tur qalmış Abdullayevin baş məşqçi postuna keçən Hacıyev o vaxtkı komandasına da, özünə də ilk qızılı əldə etmişdi.
VIII turun oyunu
8 oktyabr
16:00. “Neftçi” – “Turan”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Bombardirlər: Junior Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL) – 4, Riçard Almeyda (Qarabağ) – 3, Marçin Burxardt (Simurq) – 3, Salif Ballo (Turan) – 3, Pərdis Fərcad Azad (Sumqayıt) – 3.

| komandalar | o | q | h | m | t | x | |
1 | Simurq | 8 | 5 | 3 | 0 | 11-2 | 18 |
2 | Qarabağ | 8 | 3 | 4 | 1 | 11-8 | 13 |
3 | AZAL | 7 | 3 | 3 | 1 | 13-7 | 12 |
4 | İnter | 7 | 3 | 3 | 1 | 7-4 | 12 |
5 | Sumqayıt | 8 | 3 | 1 | 4 | 9-16 | 10 |
6 | Qəbələ | 8 | 2 | 3 | 3 | 8-10 | 9 |
7 | Xəzər L | 7 | 2 | 2 | 3 | 9-7 | 8 |
8 | Turan | 7 | 2 | 1 | 4 | 7-11 | 7 |
9 | Kəpəz | 8 | 2 | 1 | 5 | 6-14 | 7 |
10 | Bakı | 6 | 1 | 4 | 1 | 6-5 | 7 |
11 | Neftçi | 4 | 2 | 0 | 2 | 7-5 | 6 |
12 | Rəvan | 8 | 1 | 3 | 4 | 7-12 | 6 |

0
0