Ənənəyə Azərbaycanda tamam, yoxsa davam?
07.10.2012 - 11:26
Ənənəyə Azərbaycanda tamam, yoxsa davam?
Oktyabrın 9-da Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının yarımfinal oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, əvvəlki 2 munailın bu mərhələsində maraqlı tendensiya yaşanıb. Belə ki, həm DÇ-2008, həm də DÇ-2010-da yarımfinal mərhələsinin oyunları 2:1 hesabı ilə başa çatıb.

2008-ci ildə KXDR İngiltərəni, ABŞ Almaniyanı, 2010-cü ildə Cənubi Koreya ispaniyanı, Yaponiya KXDR-ı məğlub edib.

Əvvəlki yarımfinallarda əlavə vaxta və penaltilər seriyasına da ehtiyac olmayıb. Bu matçlarda yalnız İngiltərə ilə KXDR-ın matçında hesabı açan komanda finala yüksəlib. Digər oyunlarda ilk qolu buraxan tərəf 2 dəfə fərqlənərək qalib gəlib.