Avropalılar qara zolaqda
07.10.2012 - 12:11
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında yarımfinal oyunları oktyabrın 9-da baş tutacaq. Apasport.az saytının məlumatına görə, KXDR və Almaniya, Qana və Fransa yığmalarının oyunları ərəfəsində FİFA maraqlı faktları açıqlayıb.
Belə ki, indiyədək avropalılar yarımfinalda qələbə qazana bilmir. Əvvəlki hər 2 mundialda 3 Avropa təmsilçisi yarımfinalda oynasa da, onların hamısı məğlub olub. Asiya təmsilçiləri isə bu mərhələdə yalnız özləri-özlərinə uduzurlar. Qana millisi isə bu mərhələdə çıxış edəcək ilk Afrika millisidir.
Almaniya yığmasının baş məşqçisi Annuşka Bernhard yarımfinala komanda çıxaran 2-ci qadın mütəxəssis kimi tarixə düşüb. Bunadək yalnız 2008-ci ildə İngiltərə millisinə başçılıq edən xanım – Lois Fidler bunu bacarmışdı.

0
0