Çempionumuzun rəqibi məğlub oldu
07.10.2012 - 13:14
Çempionumuzun rəqibi məğlub oldu
Futzal üzrə Sloveniya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan “Litija” üçün tur uğursuz alınıb.

Çempionumuzun rəqibi “Doboveç”lə qarşılaşmada 2:3 hesabı ilə uduzub. “Litija”nın qollarını Qasper Vrhoveç və Alen Fetiç vurublar.