Əvvəl “Araz”, sonra milli komanda
07.10.2012 - 13:24
Əvvəl “Araz”, sonra milli komanda
UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan Sloveniyanın “Litija” klubunun futzalçıları milli komandaya çağırılıblar. Apasport.az saytının məlumatına görə, gələn həftə avrokuboklarda təmsilçimizlə üz-üzə gələcək oyunçular oktyabrın 18-də millinin düşərgəsində olacaq.

Serbiya milli komandası ilə qarşılaşacaq Sloveniya yığmasına “Litija”nın 6 üzvü dəvət alıb. Bunlar Alen Fetiç, İqor Osredkar, Damir Puskar, Daniyel Pantiç, İrnes Skoriç və Aleksandr Radoniçdir.