Millimizə namizəd üçün 60 dəqiqə
07.10.2012 - 14:14
Millimizə namizəd üçün 60 dəqiqə
Almaniya çempionatının III liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasına namizəd olan Dmitri Nazarovun şərəfini qoruduğu “Prussen Münster” 13-cü turda “Saarbrükken”in qonağı olub. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Nazarov bu qarşılaşmaya start heyətində çıxıb. O, görüşün 60-cı dəqiqəsində əvəzlənərək meydanı tərk edib.

13-cü tur liderlərin mövqeyinə təsir etməyib. Hazırda hesabında 28 xal olan Nazarovun komandası zirvədəki yerini qoruyub.