Kapellodan xüsusi mükafat
07.10.2012 - 15:35
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello gözlənilməz addım atıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis məşhur “Nə? Harada? Nə vaxt?” intellektual oyununda iştirak edib. Kapello yarışın ən yaxşı bilicisinə xüsusi mükafat da təqdim edib. Bu, Qabriel Qarsiya Markesin “Tənhalığın 100 ili” kitabı olub. İtaliyalı bu kitabın onun üçün “İlahi komediya”dan sonra ikinci olduğunu da açıqlayıb.
0
0