Rail Məlikovun komandası haqsızlıqdan şikayətləndi
07.10.2012 - 17:06
Azərbaycan milli komandasının futbolçusu Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” klubu Türkiyə Futbol Federasiyasına kəskin etirazlarını bildirib. Apasport.az saytının məlumatına görə, 1-ci liqanın oktyabrın 6-da baş tutmalı olan “Samsunspor”la qarşılaşmanın qeyri-müəyyən vaxta təxirə salınması dənizliləri qəzəbləndirib.
Onlar elektrik enerjisinin kəsilməsi üzündən keçirilməli olan görüşün elə bu gün oynanılmasını istəyib. Samsun səfərinin uzun və yorucu olduğunu bildirən “Dənizlispor” rəsmiləri başqa vaxt yenidən bu qədər yol qət etməli olmalarını haqsızlıq sayır. Onların fikrincə 1-ci liqa oyunlarının gündüz deyil, axşam vaxtı süni işıqlandırılma ilə keçirilməsi də düzgün deyil.

0
0