İki ulduzun tamaşası
07.10.2012 - 23:48
İspaniya çempionatında növbəti turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu “Barselona” və “Real” arasında olub. Bütün dünyanın diqqətini özünə cəlb edən növbəti “El klassiko” bu dəfə “sülh”lə nəticələnib.
Barselonadakı məşhur “Nou Kamp” stadionunda baş tutan görüş iki ulduzun tamaşası kimi yadda qalıb. Belə ki, dünyanın 2 ən güclü futbolçusu - argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldo hərəyə 2 qol vurmaqla matçın qəhrəmanları olub.
İlk hissədə əvvəl avropalı qonaqları irəli çıxarıb, ardınca isə cənubi amerikalı bərabərlik qolunu vurub. Onlar müvafiq olaraq 23-cü və 31-ci dəqiqələrdə fərqləniblər. Fasilədən sonra isə Lionel qabağa düşüb. Lakin Ronaldo da qolunu çox gözlətməyib. 61-ci dəqiqədə qol buraxan madridlilər cəmi 5 dəqiqə sonra tarazlığı bərpa ediblər. Breləliklə də dünyanın 2 ən böyük klubunun növbəti duelu 2:2 hesabı ilə başa çatıb.

0
0