“Partizan” zirvədə
08.10.2012 - 00:13
“Partizan” zirvədə
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Partizan” Serbiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi öz meydanında “Yavor”la görüşüb.

“Neftçi”nin rəqibi bu oyunda 2:1 hesabı ilə qalib gəlib. 6-cı dəqiqədə Marko Skepoviçin qolu ilə hesabda önə keçən “Partizan” 35-ci dəqiqədə cavab qolunu buraxıb. Lakin Aleksandar Mitroviçin 76-cı dəqiqədə fərqlənməsi son Serbiya çempionunun lider mövqeyinə yüksəlməsinə kömək edib.

Qeyd edək ki, "Partizan" 8 turdan sonra 21 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bu dəfə uduzan “Srvena Zvezda” 19 xalla 2-ci pilləyə düşüb.