“Neftçi” altıncı pilləyə qalxdı
08.10.2012 - 16:48
“Neftçi” altıncı pilləyə qalxdı
Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bütün milli çempionatlarımızın iştirakçısı olan “Neftçi” ilə “Turan”ın növbəti oyunu da birincilərin qələbəsi ilə yekunlaşıb.

Bununla, bakılılar Tovuz təmsilçisi ilə çempionatlardakı matçda ardıcıl 4-cü qələbəsini qazanıb. “Turan” isə dalbadal 10-cu oyundur rəqibinə qalib gələ bilmir.

“Neftçi” “Turan”la çempionatdakı oyunlarda yubiley – 25-ci qələbəsini qazanmaqla, turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb.

Belə ki, rəqibini arxada qoyan çempion 11-ci yerdən 6-cı pilləyə yüksəlib. Bakılılar xalları bərabər olduğu “Qəbələ”ni şəxsi oyunda üstələdiyinə görə ondan öndədir.

Qeyd edək ki, milli komandamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə oyunu ilə əlaqədar Premyer Liqamızda növbəti həftəsonuna kimi fasilə olacaq.

8 oktyabr

“Neftçi” - “Turan” - 2:1
QOLLAR: Rəşad Sadiqov, 11-pen, Erik Ramos, 37 - Qoqa Pipiya, 90+3
Baş hakim: Anar Salmanov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi , 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 13. Samir Yusifov, 18. Elgiz Kərəmli, 21. Kamil Nurəhmədov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Böyükağa Hacıyev

“Turan”: 1. İvan Qarbovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 13. Marius Kazlauskas, 14. Ender Günlü, 17. Fərmayıl Əliyev, 16. Elmixan Məmmədov, 21. Antonio Rukavina (k), 22. Salif Ballo, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev, 11. Qoqi Pipiya, 23. İrakli Beraya
Baş məşqçi: Əsgər Abdullayev


komandalar o qh m tx
1
Simurq
8
5
3
0
11-2
18
2
Qarabağ
8
3
4
1
11-8
13
3
AZAL
7
3
3
1
13-7
12
4
İnter
7
3
3
1
7-4
12
5
Sumqayıt
8
3
1
4
9-16
10
6
Neftçi
5
3
0
2
9-6
9
7
Qəbələ
8
2
3
3
8-10
9
8
Xəzər L
7
2
2
3
9-7
8
9
Turan
8
2
1
5
8-13
7
10
Kəpəz
8
2
1
5
6-14
7
11
Bakı
6
1
4
1
6-5
7
12
Rəvan
8
1
3
4
7-12
6

Bombardirlər: Junior Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL), Riçard Almeyda (“Qarabağ”) – hər ikisi 4.