Messi “Nou Kamp”da rekord vurdu
08.10.2012 - 08:39
Messi “Nou Kamp”da rekord vurdu
Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu doğma “Nou Kamp”da 100 qol vuran ilk futbolçu olub.

Messi buna Primeronun “Real”la oyununda nail olub. Argentinalının “El Klassiko”da vurduğu 2-ci qol onun Kataloniya paytaxtının əsas arenasında 100-cü topu olub.

Messi həm də “El Klassiko”da 17-ci qolunu vurdu. İndi o, Alfredo di Stefanonun rekordundan cəmi 1 top geri qalır.