Yığmamızın futbolçusu derbiyə buraxılmadı
08.10.2012 - 08:50
Yığmamızın futbolçusu derbiyə buraxılmadı
Türkiyə çempionatının I liqasında növbəti oyunlar keçirilib. Aapsport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmurspor” “Adanaspor”la derbi matçına çıxıb.

Məhsuldar alınan qarşılaşmada 24 yaşlı yarımmüdafiəçimizin komandası qalib gəlib – 4:2. Lakin Cavid bu dəfə də heyətə düşməyib.

Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Adana Dəmirspor” 6 turdan sonra 5 xalla 15-ci pillədədir.