“Barselona”dan növbəti qol şousu
08.10.2012 - 09:10
“Barselona”dan növbəti qol şousu
Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan “Barselona” İspaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi səfərdə “Azkar Luqo” ilə qarşılaşıb.

Ötən tur 8:0 hesablı qələbə qazanan “Barselona” bu dəfə də qol şousu göstərib – 7:1. Aykardonun 2 qol vurduğu matçda Fernandao, Ari, Lin, Martel və Torras da qonaqların qollarına imza atıblar. Bu qələbədən sonra 5 turda topladığı xal sayını 13-ə çatdıran “Barselona” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.