Millimiz Bakı SOS Uşaq Kəndində - FOTOSESSİYA
08.10.2012 - 09:15
Millimiz Bakı SOS Uşaq Kəndində - FOTOSESSİYA
Azərbaycan milli komandasının üzvləri növbəti xeyriyyə aksiyasında iştirak ediblər. Apasport.az saytının məlumatına görə, vaxtaşırı müxtəlif uşaq evlərini, qocalar və əlillər üçün pansionatları ziyarət edən yığmamız bu ənənəni davam etdirib.

Bu dəfə millimiz baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Bakı SOS Uşaq Kəndində olub. Futbolçular burada tərbiyə alan uşaqlara topla müxtəlif fəndlərin icrasını nümayiş etdirib, əyləncəli futbol oyunları təşkil olunub. Uşaqlara AFFA-nın hədiyyələri verilib və xatirə şəkli çəkdirilib.

Mənbə: affa.az