Turun son oyunu Anar Salmanova tapşırıldı
08.10.2012 - 09:22
Turun son oyunu Anar Salmanova tapşırıldı
Bu gün keçiriləcək “Neftçi” – “Turan” oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının VIII turunun son qarşılaşması Abar Salmanova tapşırılıb. FİFA referisi bütün ölkə çempionatlarının iştirakçısı olmuş komandaları İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna çıxaracaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq.

16:00. “Neftçi” – “Turan”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Elvin Əsgərov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Mənbə: pfl.az