Mahir Şükürov yığmadan ayrıldı
08.10.2012 - 09:42
Mahir Şükürov yığmadan ayrıldı
Mahir Şükürov Azərbaycan milli komandasından ayrı düşüb. Apasport.az saytının məlumatına görə, millimizin oktyabrın 5-dən etibarən start götürmüş təlim-məşq toplanışına dəvət olunmuş Mahir Topaz Premyer Liqasının VIII turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Turan" oyununda iştirak etmək üçün yığmanın heyətindən 1 günlük ayrılıb. “Neftçi”nin müdafiəçisi oktyabrın 9-da millinin düşərgəsinə qayıdacaq.

Mənbə: affa.az