“Ronaldo və Messi başqa planetdən gəlib”
08.10.2012 - 10:18
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo 2:2 hesabı ilə nəticələnən son “El Klassiko”nun qəhrəmanlarına qeyri-adi qiymət verib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis həmyerlisi, komandasının lideri Kriştianu Ronaldo ilə “Barselona”nın argentinalı hücumçusu Lionel Messini bu planetin sakinləri saymır.
Mourinyonun fikrincə, son illərdə dünyanın ən yaxşı futbolçuları seçilən bu cütlük öz möhtəşəm oyunları ilə hamını valeh edir: “Bir məşqçi kimi oyundan həzz aldım. Əla matç idi və nəticəni son saniyəyə kimi ehtimal etmək qeyri-mümkün idi. Fikrimcə, matç çoxları üçün xoş təsir bağışladı. Məsut Özil yüksək səviyyəli futbolçudur və əla matç keçirdi. Messi ilə Ronaldo başqa planetdən gələn oyunçulardır. İstərdim ki, yetirməm qalib gəlsin, ancaq hər ikisi fantastik ustalardır”.
Qeyd edək ki, “Nou Kamp”da keçirilən matçda vurulan qolların müəllifləri dubl edən Ronaldo ilə Messi olub.

0
0