Fransa üçün Afrika ənənəsi və əbədi KXDR – Almaniya cütü
08.10.2012 - 11:51
Fransa üçün Afrika ənənəsi və əbədi KXDR – Almaniya cütü
Sabah 17 yaşadək qızlar arasında dünya çempionatında yarımfinal oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçirilən mundialın finalı ərəfəsindəki son addımlar 8-ci km qəsəbə stadionunda atılacaq.

Amerikalı hakimlərin idarə etdiyi oyunlarda 2 Avropa, 1 Afrika və 1 Asiya təmsilçisi münasibətlərini ayırd edəcək. 2008-ci ildə ilk çempion adını qazanan, 2 il sonra titulu qonşu Cənubi Koreyeya verən KXDR millisi mundiallarda 1 millətin hegemonluğunu davam etdirməyə çalışacaq.

Koreyalıların ağalığına son qoymaq üçün ilk növbə Almaniyanındır. KXDR və Bundestim hər çempionatda üz-üzə gəlir. 2008-ci ildə 1:1 hesablı heç-heçə edən rəqiblərin 2 il əvvəlki duelində asiyalılar 1 cavabsız qolla qalib gəlmişdi. Bu cütdə asiyalılar U-17-lərin bütün çempionatlarında yarımfinala çıxmaqla, Almaniya isə 2012-ci ildə həm U-20, həm U-17 qızların mundialında bunu bacarmaqla tarix yazıb.

İlk yarımfinalda meydana çıxacaq Fransa və qana isə ilk dəfə üz-üzə gələcəklər. Burda 1 məqam diqqət çəkir ki, Avropa təmsilçisi ardıcıl 3 oyundur afrikalılarla görüşür. Qrup mərhələsinin III turunda Qambiyanı məğlub edən, 1/4 finalda Nigeriyanı penaltilərlə üstələyən fransalılar bu dəfə Qananı sınağa çəkəcək. Afrika təmsilçisi isə 341 dəqiqədir qol buraxmamaqla mundialların rekordunun 23 dəqiqəliyindədir.

17 yaşadək qızlar arasında dünya çempionatı
Yarımfinal
9 oktyabr


17:00. Fransa – Qana
Baş hakim: Kardella Samuels (Yamayka)
Bakı. 8-ci km qəsəbə stadionu

20:00. KXDR – Almaniya
Baş hakim: Klaudiya Umpyerres (Uruqvay)
Bakı. 8-ci km qəsəbə stadionu