Kapello Azərbaycan yığması haqda Futbol Evində danışacaq
08.10.2012 - 11:06
Rusiya yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycanla Moskvadakı oyunlara hazırlıq proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Portuqaliya ilə oktyabrın 12-də keçiriləcək matçın ertəsi millimizlə oyunun hazırlığına başlayacaqlar. Bu, yerli vaxtla saat 11:30-da (Bakı vaxtilə saat 12:30-da) Eduard Streltsov üçün adına stadionda keçiriləcək və məşq mətbuat üçün qapalı olacaq.
Ruslar həmin arenada oktyabrın 14-də Bakı vaxtilə saat 12:00-da məşqə çıxacaq. Bunun ilk 20 dəqiqəsi mətbuat üçün açıq olacaq. Məşqdən sonra 2 futbolçu mikst-zonada mətbuatla danışacaq.
Rəqibimiz oktyabrın 15-də də həmin stadionda saat 12:00-da məşq keçəcək. Yenə ilk 20 dəqiqənin mətbuat üçün açıq olmağı nəzərdə tutulub. Bundan sonra – Bakı vaxtilə saat 14:00-da Rusiya yığmasının italiyalı baş məşqçisi Fabio Kapello ilə kapitanı İqor Denisovun Futbol Evində mətbuat konfransı keçiriləcək. Həmçinin bildirilib ki, yığmanın hazırlıq qrafikində dəyişiklər ola bilər.
Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu oktyabrın 16-da saat 20:00-da başlayacaq.

0
0