Berti Foqtsun mətbuat konfransının vaxtı dəqiqləşdi
08.10.2012 - 11:26
Berti Foqtsun mətbuat konfransının vaxtı dəqiqləşdi
Azərbaycan milli komandasının baş məşqçi Berti Foqtsun mətbuat konfransının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə oyununa hazırlaşan yığmamızın çalışdırıcısı jurnalistlərlə oktyabrın 10-da görüşəcək. Bayıl stadionunda keçiriləcək tədbir saat 10:15-də başlayacaq. Eyni vaxtda millimizin mətbuat üçün açıq məşqi də baş tutacaq.