Vilanova Mourinyonun cavabını verdi
08.10.2012 - 11:33
Vilanova Mourinyonun cavabını verdi
“Pepenin bizim futbolçuların ayaqlarını təpiklədikdən sonra özünü yerə sərməsi və artistlik edib, guya cəhənnəm əzabı çəkməsindən bir videoçarx hazırlamaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”la oyundan (2:2) sonra “Barselona”nın baş məşqçisi Tito Vilanova deyib.

Madrid təmsilçisinin çalışdırıcısı Joze Mourinyonun hakimlərdən şikayət etməsinə də münasibət bildirən Vilanova həmkarını diqqətli olmağa çağırıb: “Mən hakimlik barəsində danışmaq istəmirdim. Ancaq Mourinyonun cavabını verməliyəm. Qapımıza vurulan ikinci qoldan öncə İniyestaya qarşı kobud oynamışdılar. Amma hakim oyunu dayandırmadı. Mourinyo danışmazdan öncə bir az düşünməlidi”.