“Araz” üçün 4 hakim
08.10.2012 - 11:49
Azərbaycan çempionu “Araz”ın futzal üzrə UEFA kubokunun elit-raundundakı oyunlarının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisinin İspaniya “Barselona”sı, Xorvatiya “Split” və Sloveniya “Litija”sı ilə mübarizə aparacağı qrupun qarşılaşmalarına 4 referi təyinat alıb.
Bunlar ukraynalı Oleq İvanov, bolqarıstanlı Borislav Kolev, makedoniyalı Yosip Barton və yunanıstanlı Epaminondas Stamoulisdir. Onlar Sloveniyada baş tutacaq 6 oyunu idarə edəcəklər. Qrup oyunlarının hakim-inspektoru və UEFA nümayəndəsi vəzifələrini isə italiyalı Andrea Lastruççi və moldovalı Aleksandr Burlak icra edəcək.

0
0