Stramaççonini Mourinyoya bənzətdilər
08.10.2012 - 12:13
Stramaççonini Mourinyoya bənzətdilər
“Düzdü, A seriyası bizim üçün çox vacibdi. Amma biz bütün turnirlərdə uğur qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “İnter” klubunun prezidenti Massimo Moratti deyib.

“Milan”la oyundan sonra danışan Moratti komandasının baş məşqçisi Andrea Stramaççonini Madrid “Real”ının çalışdırıcısı Joze Mourinyoya bənzədib: “Stramaççoni mənə Mourinyonu çox xatırladır. Ən əsas da öz iti ağılı, zəhmətkeşliyi və işinə olan məhəbbəti ilə. O, mənim çoxdankı arzumu həyata keçirdi. Jozenin vaxtında “Barselona”nı 10 nəfərlə məğlub etmişdik. Həmişə bunun nə zamansa təkrar olunacağına ümid edirdim. Stramaççoni bu istəyimi gerçəkləşdirdi. Özü də Milan derbisində”.